Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

Hazırda oxunan: Ərdoğan 12 ildən sonra İraqa səfər edəcək

182323

Türkiyə Xarici İşlər Nazirliyi İraq tərəfi ilə Prezident Rəcəb Tayyib Ərdoğanın İraqa gözlənilən səfərini müzakirə edir.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Bağdadda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız məlumat verib.

"Sabah İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlər keçirəcəyik, ikitərəfli əlaqələri müzakirə edəcəyik. Yaxın gələcəkdə baş tutacaq xarici işlər nazirlərinin görüşünə, eləcə də prezidentimizin İraqa səfərinə hazırlıq görəcəyik", - deyə o bildirib.
Diplomat qeyd edib ki, söhbət Ərdoğanın “aprel ayının sonuna qədər” İraqa səfərindən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO