“Qərb ölkələri müstəmləkəçilik, kütləvi ölümlər, oğurluq və ədalətsizlik siyasətini əsaslandırmaq işində çox bacarıqlıdırlar. Onlar öz təhlükəsizliyi naminə dünyanın qalan hissəsini od-alova və ixtilaf uçurumuna sürükləyirlər”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “Sebillürreşad” Mədəniyyət və İncəsənət Mərkəzinin açılışında çıxışı zamanı bildirib.
“Qərbin məqsədi aydındır: öz təhlükəsizliyini və rifahını təmin etmək. Məhz buna görə, dünyanın qalan hissəsi münaqişə, yoxsulluq və xaos uçurumuna sürüklənir. Qərbdən gələn mənfi tendensiyalara müqavimət göstərməyin yeganə yolu öz mədəniyyətinə və dəyərlərinə sadiq qalmaqdır. Yalnız bu yolla bizə qurulmuş tələlərin öhdəsindən gələ bilərik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
00:38 / 13.03.2024
Ərdoğan: “Qərb öz rifahını təmin etmək üçün dünyanın qalan hissəsini yoxsulluq və xaos uçurumuna sürükləyir”
Hazırda oxunan: Ərdoğan: “Qərb öz rifahını təmin etmək üçün dünyanın qalan hissəsini yoxsulluq və xaos uçurumuna sürükləyir”
Hazırda oxunan: Ərdoğan: “Qərb öz rifahını təmin etmək üçün dünyanın qalan hissəsini yoxsulluq və xaos uçurumuna sürükləyir”
182320
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.