Ermənistanda yezidi kürdlərə qarşı açıq savaş başlayıb. Ermənilər müxtəlif bəhanələr gətirərək onların əlindən torpaqlarını, mal-qaralarını mənimsəyirlər.
Kürdlər hər yerdə bildirirlər ki, Ermənistan müxtəlif mövzuları bəhanə edərək onları sıxışdırmaqda davam edirlər. Əsas səbəb isə Qarabağ müharibəsi göstərilir. Kürdlərin bu müharibədə fəal iştirak etmək istəməməsi Ermənistan hakimiyyəti tərəfindən müxtəlif cəza növləri ilə müşaiyət olunur.
Bir qədər əvvəl Ermənistanın Ararat rayonu Vedi şəhərində belə bir vandalizim aktı kürdlərə məxsus qəbirstanlıqda törədilib. Video bloger xanım kürdün, türkün, qəbirlərinin dağıdılmasını erməni vəhşiliyi adlandırıb. Xanım bloger, bu videonu çəkməklə kürdlərə qarşı Ermənistan hökumətinin apardığı məkirli siyasəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istədiyini bildirib.
Təziqlərə və təqiblərə məruz qalan kürd milləti indi Ermənistandan canlarını qurtarmağın yolların axtarırlar.
Hərbi ekspert, İlqar Vəlizadə Bizim.Media-ya açıqlamasında bildirib ki, kürdlərin Qarabağ müharibəsinə qatılmaq istəməməsi onların etnik adət-ənənələri və dinləri ilə bağlıdır:
“Onlar ancaq özlərinə qarşı təziq olarsa döyüşməyə meyillidirlər. Heçnədən qan tökmək, qatil olmaq onların dini inanclarında yoxdur. Məhz bu səbəbdən kürdlər indiki hərbi əməliyyatlarda Ermənistan tərəfindən döyüşmək istəmirlər. Bilirlər ki, onlar müharibəyə - ölümə gedirlər”.
İlqar Vəlizadə deyir ki, ermənilərsə bununla razılaşmaq istəmirlər, müxtəlif vaxtlarda əlaltdan kürdlərin abidələrini, qəbirstanlıqlarını dağıdır, onları sıxışdırmağa cəhd edirlər.
“Hazırda Ermənistanda 2 minə yaxın yezidi kürd var, onlar da daha çox kənd təsərrüfatı işləri - maldarlıq və qoyunçuluqla məşğul olurlar. Ermənilər də məhz qoyunçuluq, maldarlıq üçün onlardan istifadə edib ölkələrində yaşamağa icazə veriblər”.
Ekspertin fikrincə, Qarabağda ağır məğlubiyyətə uğrayan Ermənistan hakimiyyətinə indi hamı potensial əsgər kimi görünür. Çalışırlar ki, bu savaşa daha çox qeyri-millətlərindən cəlb etsinlər.
Gülşanə Mustafayeva, Bizim.Media