İtaliya höküməti Ermənistanın mülki əhaliyə təcavüzünü qınadı

İtaliya höküməti Ermənistanın mülki əhaliyə təcavüzünü qınadı

Hazırda oxunan: İtaliya höküməti Ermənistanın mülki əhaliyə təcavüzünü qınadı

1822

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun Ermənistanın törətdiyi təcavüzlə bağlı Azərbaycan Respublikası Energetika Nazirliyinin müraciətinə cavab məktubu daxil olub.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, məktubda İtaliya hökumətinin cari ilin 27 sentyabr tarixindən etibarən təmas xətti boyunca şiddətli toqquşmalar başlayandan bəri baş vermiş hadisələri narahatlıqla izlədiyi bildirilir.

Azərbaycan ərazisində, xüsusilə Gəncədə yaşayış məntəqələrinə qarşı edilən hücumların, ballistik raket atəşlərinin kəskin şəkildə qınandığı və mülki şəxslərin həyatını itirməsi ilə bağlı başsağlığı verildiyi qeyd edilir.

Məktubda, həmçinin “status-kvo”nun davamlı ola bilməyəcəyi və həmsədrlərin danışıqları daha etibarlı şəkildə yenidən başlamalarına ehtiyacın yarandığı, iki onillikdən çox müddət ərzində nəticəsiz danışıqların Azərbaycan tərəfini narahat etməsinin tam anlaşılan olduğu qeyd edilib.

Həmçinin  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müvafiq BMT və ATƏT sənədlərində və qərarlarında təsbit edildiyi kimi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyi bildirilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO