Fransa Avropada genişmiqyaslı müharibəyə hazırlaşır. Bu barədə “Politico” nəşri yazıb.
Bildirilib ki, Fransa atəş gücünə görə ölkə ordusuna rəqib ola biləcək düşmənlə Avropa qitəsində hərbi münaqişəyə hazırlıq məqsədilə təlim keçirir.
Fransanın şərqindəki döyüş hazırlığı mərkəzində qoşunlar döyüş meydanında baş verənlərə mümkün qədər yaxın şəraitdə hazırlanır. Bütün qoşun növləri iştirak edir, təlimlər 120 kvadrat kilometr ərazini əhatə edir.
Nəşr vurğulayıb ki, Fransa Silahlı Qüvvələrinin komandanlığı potensial düşmənin adını çəkmir, lakin, açıq-aydın, söhbət Rusiyadan gedir.
Qeyd edək ki, bu təlimlərdən bir qədər əvvəl Fransa Prezidenti Emmanuel Makron Ukraynaya NATO qoşunlarının göndərilməsi məsələsini gündəmə gətirib. Doğrudur, sonrada Makron bu fikirlərini korrektə etsə də, sözügedən təklif hələ də Qərb ölkələrində aktuallığın qoruyur.
Görəsən, Makronun Ukraynaya qoşun göndərmək təklifinin ardınca belə geniş miqyaslı hərbi təlimlərə start verməsi nəyə hesablanıb?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, Fransanın keçirdiyi hərbi təlimlər zərurət yarandıqda Ukrayna və Ermənistana göndərmək üçün qüvvələrini daha hazırlıqlı vəziyyətə gətirmək məqsədi daşıyır:
“Fransanın bu cür təlimlər keçirməsi əslində gözlənilməz haldır. Bölgədə hərbi eskalasiyanı artırmaq niyyəti daha çox Fransada görünür. Afrikada etdiklərinə rəğmən Fransa Avropada daha sakit mühitin olmasında maraqlıdır. Amma birdən-birə ölkə daxilində belə genişmiqyaslı təlimlərə başlaması bilavasitə Ukrayna-Rusiya müharibəsilə bağlıdır.
Ehtimal ki, zərurət olanda Ukrayna cəbhəsinə göndərmək üçün qüvvələrin daha hazırlıqlı vəziyyətə gətirilməsinə hesablanıb. Ola bilsin, bununla Ermənistana da daha hazırlıqlı qüvvə göndərmək niyyəti güdür. Lakin bu ehtimal azdır.Çünki ölkə hüdudlarından kənara hərbi qüvvə göndərmək elə də asan məsələ deyil. Ukraynanın düşdüyü vəziyyət Avropanı çox həyəcanlandırır. Çünki təhlükə Avropaya doğru yönəlməkdədir. Belə bir vəziyyətdə hədəf Ukraynanı daha çox müdafiə etməyə hesablanıb. Makron bununla həm də tarixdə Ukraynaya dəstək verən adam kimi qalmağı düşünür”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:10 / 09.03.2024
Fransadan gözlənilməz HƏMLƏ – Avropa böyük savaşa HAZIRLAŞIR?
Hazırda oxunan: Fransadan gözlənilməz HƏMLƏ – Avropa böyük savaşa HAZIRLAŞIR?
Hazırda oxunan: Fransadan gözlənilməz HƏMLƏ – Avropa böyük savaşa HAZIRLAŞIR?
181805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.