İslamofobiya ilə bağlı Fransaya xəbərdarlıq edildi

İslamofobiya ilə bağlı Fransaya xəbərdarlıq edildi

Hazırda oxunan: İslamofobiya ilə bağlı Fransaya xəbərdarlıq edildi

181794

Bu gün dünyada islamofobiya hər an partlamağa hazır bombanı xatırladır.

Bizim.Media "Report"-a istinadən xəbər verir ki, bu fikirləri Parisdəki Geostrateji Araşdırmalar üzrə Avropa Ərəb Akademiyasının direktoru Mohammed El Maazouz Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan "Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması" adlı paneldə çıxışında deyib.

Akademiya rəhbəri bildirib ki, islamofobiya hələ 13-cü əsrdən kök salıb: "İslamofobiya sanki dövlətin məqsədləri kimi əlaqələndirilir. Bu sahədə analitik elmi metodlar araşdırılmalıdır. Avropada islamı sanki idarəolunan din kimi göstərirlər. Bu gün islamofobiya rəsmi siyasətdir. Bu daha çox özünü Fələstindəki müharibə ilə göstərdi. Fransada antisemitizm qanunu cinayət hesab olunur. İnanırıq ki qanunlar dəyişəcək".

"Aparılan analizlərə görə, islamofobiya nitqləri əvvəlki illərlə müqayisədə 31 % artıb. Hər 3 aydan bir islamofobiyanın miqdarı 3% artır. 10 ildən sonra bunun hansı həddə çatacağı narahatlıq doğurur. Əgər Avropa bu sahədə öz strategiyalarını dəyişməsə, Fransa nəticə etibarı ilə vətəndaş müharibəsi ilə üz-üzə qalacaq. 10 ildən sonra fəlakətli vətəndaş müharibəsinə gəlib çıxa bilərik", - natiq əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO