Qərb ölkələrindən ardıcıl XƏBƏRDARLIQLAR – Moskvaya terror hücumu GÖZLƏNİLİR?

Qərb ölkələrindən ardıcıl XƏBƏRDARLIQLAR – Moskvaya terror hücumu GÖZLƏNİLİR?

Hazırda oxunan: Qərb ölkələrindən ardıcıl XƏBƏRDARLIQLAR – Moskvaya terror hücumu GÖZLƏNİLİR?

181793

Xəbər verdiyimiz kimi, ABŞ, ardınca da Böyük Britaniyanın Rusiyadakı səfirliyi öz vətəndaşlarına Rusiya Federasiyasına səfər etməkdən çəkinmələri ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir ki, ekstremistlər yaxın 48 saat ərzində Moskvada konsertlər də daxil olmaqla böyük toplantılara hücum etmək niyyətindədirlər. Ardınca Latviya, İsveç, Almaniya və Çexiya da öz vətəndaşlarına anoloji xəbərdarlığı edib. 

Görəsən, Qərb ölkələrinin Rusiya ilə bağlı həyəcan təbili çalması nədən qaynaqlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu düşünür ki, Moskvaya terror hücumunun olacağı ilə bağlı Qərb ölkələrinin media qurumlarında gedən məlumatlar Qərbin Rusiyaya qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir: 

“Bu səpkili məlumatların informasiya məkanına ötürülməsində bəlli maraqlar var. Etiraf etmək lazımdır ki, bu məlumatlar Qərbdə xüsusi xidmət qurumlarının laboratoriyalarında hazırlanır və sonradan onlarla əməkdaşlıq edən media maqnatlarına ötürülür”. 

Həmsöhbətimizin fikrincə, burada əsas məqsəd Rusiyada prezident seçkiləri ərəfəsində əhali arasında, xususilə paytaxtda qorxu və xof yaratmaq, seçkiqabağı mühitdə dezinformasiyanın yarada biləcəyi psixoloji  duruma təsir göstərmək, eskalasiyanı gücləndirmək, əhalini iqtidara qarşı etiraz aksiyalarına yönəltmək və s.-dir.
Digər tərəfdən ekspertin fikrincə, bu, Rusiyaya dost ölkələrdən seçkiləri müşahidə etmək üçün gələcək müşahidəçilərə və KİV nümayəndələrinə psixoloji kontekstdə təsir göstərmək, onların tərəddüd içində olmalarına hesablanmış feyk xarakterli məlumatlardır.

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO