Ukraynanı etibarlı dəstəklədiyinə görə mən Türkiyəyə minnətdaram.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Preidenti Vladimir Zelenski "X" hesabında bildirib.
Bildirilib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Bunun üçün gəmiçiliyin təhlükəsizliyi əsas şərtdir. Buna birlikdə nail ola bilərik.
"Biz Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıyıq. Hərbi əsirlərimizin o cümlədən Rusiyanın əsirliyində olan Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyacımız var", - deyə Zelenski bildirib.
*** 20:33
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, görüş İstanbuldakı Dolmabağça İş Ofisində keçirilir.
Görüş zamanı Ukrayna ilə Rusiya arasında davam edən müharibənin gedişi, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi, bölgədə daimi sülh təşəbbüslərinin müzakirə edilməsi nəzərdə tutulub.
Bizim.Media