Avropa İttifaqı Ukraynaya 6 milyard avro ayıracaq

Avropa İttifaqı Ukraynaya 6 milyard avro ayıracaq

Hazırda oxunan: Avropa İttifaqı Ukraynaya 6 milyard avro ayıracaq

181726

Ukrayna Avropa İttifaqından martda 4,5 milyard avro, apreldə isə daha 1,5 milyard avro məbləğində maliyyə yardımı alacaq. Maliyyə vəsaiti "Ukrayna Facility" proqramının bir hissəsi kimi verilir.

Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Ukraynanın Baş naziri Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı "Ukrayna Facility" mexanizmi çərçivəsində Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro verəcəyini vəd edib.

“4,5 milyard avro həcmində bu yardımın birinci tranşı martda, ondan az sonra, apreldə isə 1,5 milyard avro gələcək”, - deyə Avropa Komissiyasının vitse-prezidenti qeyd edib.
Xatırladaq ki, fevral ayında keçirilən xüsusi sammit zamanı Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya 2027-ci ilə qədər 50 milyard avro maliyyə yardımı göstərmək təşəbbüsünü bəyənmişdilər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO