Sankt-Peterburqda saxlanılan ukraynalı konsul Rusiyadan çıxarıla bilər.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukraynanın Sankt-Peterburq şəhərindəki konsulu Rusiya vətəndaşı ilə görüşərək qapalı xarakterli informasiya aldığı üçün saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Donbas problemi ilə bağlı yeganə çıxış yolunu AÇIQLADI
Rusiya prezidentinin millətlərarası qurultay və iclaslarını idarə edən şuranın üzvü Boqdan Bezpalko istinad etdiyimiz sayta açıqlamasında bildirib ki, ukraynalı deputat Kiyevə göndərilə bilər.
Qeyd edək ki, Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyuk Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən nəzarətə götürülüb.
FTX-nin dediklərinə görə, Aleksandrın Kremlə düşmənçilik mövqedə olması diplomata yaraşmayan xüsusiyyət olduğundan barəsində beynəlxalq hüquqa uyğun tədbir görüləcək. Bütün şübhələrin sübut olunacağı təqdirdə Ukraynanın Rusiyadakı konsulluğu bağlana da bilər.
Bəzi media orqanların məlumatına görə, oxşar situasiya, yəni, həbslə Rusiyanın Ukraynadakı konsulu da üzləşə bilər.
Bundan başqa, daha əvvəl Ukrayna prezidenti Rusiya şirkətlərinə qarşı sanksiya irəli sürüb.
Rusiya XİN isə Kiyevin bu addımını ikitərəfli razılaşmaların pozulması kimi dəyərləndirib və məsələyə aydınlıq gətirmək üçün Ukraynaya nota ünvanlayıb.
Sonda xatırladaq ki, Ukraynanın NATO üzvlüyünə tələsməsi, Kiyev rəsmilərinin Türkiyə və Azərbaycan səfərləri, Qara dənizdə baş verənlər, Bayden-Putin atışmaları və Donbass ətrafına Kiyevlə Moskvanın qoşun yığması "Krım savaşı"nın anonslarıdır. Hər halda siyasi ekspertlər belə düşünür...
Anar Rəhimov, Bizim.Media