Zelenskinin kortejinə raket zərbələri endirilib 

Zelenskinin kortejinə raket zərbələri endirilib 

Hazırda oxunan: Zelenskinin kortejinə raket zərbələri endirilib 

181413

Yunanıstanın baş naziri Kiriakosla görüşündən əvvəl Odessada Zelenskinin kortejinə raket zərbəsi endirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Yunanıstanın “Prototema” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu gün səhər saatlarında baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olan Ukrayna prezidentinin korteji raket hücumuna məruz qalıb.
Yunanıstan nümayəndə heyətinin tərkibində yer alan Stavros Papastavrou nəşrə bildirib ki, hücum nəticəsində heç bir itki olmayıb:

“Bizdə hər şey yaxşıdır”.

Ukraynanın rəsmi idarələri isə məlumatla bağlı açıqlama verməyiblər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO