Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya üzv olmasına icazə verilməsini istəyib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Telegraph”a müsahibəsi zamanı deyib. Zelenski bildirib ki, Ukraynanın təhlükəsizliyi üçün bu vacibdir.
MÖVZU İLƏ BAĞLI:
“Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər” - Zelenski
Çünki Rusiyanın Ukrayna sərhədlərində hərbi gücünü artırması ölkədə demokratiyaya qarşı təhdiddir.
"Yalnız Ukraynanın NATO-ya qəbulu uzunmüddətli perspektivdə təhlükəsizlik və sülhə zəmanət verə bilər. Bu, qarşıdurma həqiqi demokratiyanın qorunub saxlanacağını, sərhədlərin toxunulmazlığı prinsipinin işləyib işləməyəcəyinə və ölkələrdə azadlığın olub-olmadığına qərar verəcək”,- deyə prezident bildirib.
Bizim.Media