Rəsulzadənin məzarının abadlaşdırılması istiqamətində görülən İŞLƏR - FOTO

Rəsulzadənin məzarının abadlaşdırılması istiqamətində görülən İŞLƏR - FOTO

Hazırda oxunan: Rəsulzadənin məzarının abadlaşdırılması istiqamətində görülən İŞLƏR - FOTO

181289

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.

Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.
Qeyd edək ki, abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində aparılır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO