Türkiyə Böyük Millət Məclisi Qarabağ münaqişəsi ilə bağlı 116 səhifəlik bəyanat hazırlayıb.
TBMM İnsan Haqları Komissiyası tərəfindən hazırlanan bəyanatda Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı hücumlarına yer verilib.
Bəyanatda həmçinin hücumların diplomatik sferada bu gün də davam etdirildiyi vurğulanıb.
MÖVZU İLƏ BAĞLI:
''Ermənistan təkcə Azərbaycanla problem yaşamır'' - TBMM sədri
Komissiyanın rəhbəri Hakan Çavuşoğlu çıxışında Azərbaycana qarşı həyata keçirilən bu cür hücumların müharibə cinayəti olduğunu bildirib. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı müharibə cinayətləri ilə bağlı iddia qaldırmasının vacibliyinə toxunub.
Çavuşoğlu törətdiyi əməllərə görə Ermənistan hökumətinin cəzalandırılmasını və Azərbaycana vurulan zərərin ödənilməsini vurğulayıb.
Bəyanatda həmçinin Ermənistanın Gəncə, Bərdə və Tərtər rayonlarına raket hücumlarından sonra çəkilən fotolara da yer verilib. Bu fotoların yaxın günlərdə TBMM-də sərgilənəcəyi bildirilir.
İnsan Haqları Komissiyasının səs çoxluğu ilə qəbul etdiyi bəyanatın yaxın günlərdə TBMM-də səsləndiriləcəyi bildirilir.
Bizim.Media