NATO ordusu Rusiya ilə SƏRHƏDDƏ – “Toqquşma baş verərsə...”

Hazırda oxunan: NATO ordusu Rusiya ilə SƏRHƏDDƏ – “Toqquşma baş verərsə...”

181044

NATO Finlandiyanın şimalında, İsveçdə və Norveçdə təlimlər keçirilir. Təlimlər martın 15-dək davam edəcək. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir. 

Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya yeni üzv olan ölkələrdir. Bu ölkələr Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra alyansa üzv olmaq qərarına gəldilər. Digər tərəfdən, Finlandiyanın Rusiya ilə sərhəd ölkə olduğu da məlumdur. 

Maraqlıdır, görəsən, NATO nəyə hazırlaşır və kimə mesaj verir?

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, hazırda Qərbdə çox böyük təlatüm yaşanır:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynanın 17,51 faiz ərazisini işğal edib?


“Bu təlatüm onunla bağlıdır ki, guya Rusiya Ukraynadan sonra postsovet məkanında aqressiv siyasət yeridəcək və hətta NATO-ya da hücum etmək ehtimalı var. Bu ehtimal gündən-günə artır. Qərbdə vəziyyəti belə təsvir edirlər.

NATO rəhbərliyi də özünəməxsus qabaqlayıcı addımlar atır ki, gecikməsin. Amma problemin ideoloji və təbliğat tərəfi Qərb dairələri üçün daha vacib rol oynayır. Onlar bu təlimlər vasitəsilə Ruisyaya mesaj verməyə çalışırlar. Bundan əlavə, özlərinin hazırlıqlı və mütəşəkkil olduğunu göstərmək istəyirlər”. 

Politoloq vurğulayıb ki, bu addımlar Rusiyaya hədəflənən əzələ nümayişidir:

“Zənnimcə, Rusiyanın NATO ilə bağlı aqressiv planları yoxdur. Ümumən bu prosesdə Rusiyanın imkanları daha məhduddur. NATO böyük təşkilatdır, hərbi-texniki bazası var. NATO və Rusiya toqquşması olsa, Rusiya üçün problemli vəziyyət yarana bilər. Belə olan təqdirdə Rusiya çalışacaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə cəlb etsin. Ancaq ikinci məsələ odur ki, KTMT ölkələri – Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus bu proseslərdə nə dərəcə iştirak etmək istəyəcəklər?!”

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO