Bill Qeyts Hindistanda Markla GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Bill Qeyts Hindistanda Markla GÖRÜŞDÜ - FOTO

181016

Amerikalı tanınmış biznesmen Bill Qeyts “Meta” şirkətinin qurucusu, milyarder Mark Zukerberqlə görüşüb.

Bizim.Media “Hindustan Times”a istinadən xəbər verir ki, biznesmenlərin görüşü Hindistanın Camnaqar şəhərində baş tutub.

Belə ki, milyarderlər Mukeş Ambaninin oğlu Anant Ambani ilə Radhika Merchantın iyul ayında baş tutacaq toyları ilə bağlı keçirilən şənlikdə bir araya gəlib. 

Qeyts Zukerberqlə birgə fotosunu öz sosial media hesablarında paylaşaraq onun geyimini bəyəndiyini vurğulayıb:

“Sənin tədbirlərdə geyim seçimin hər zaman əla olub”. Sözügedən foto sosial şəbəkələrdə maraqla qarşılanıb. 
Xatırladaq ki, Hindistanın ən varlı iki ailəsini təmsil edən Anant Ambani ilə Radhika Merchantın toyu ilə bağlı şənliklər martın 1-i başlayıb və ayın 3-nə qədər davam edib. Şənliyə 1000-ə yaxın tanınmış qonaq dəvət edilib. Tədbirdə ulduz müğənni Rihanna da səhnə alıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO