Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda 4,4 maqnitudalı zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.
Yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 17:43-də (Bakı vaxtı ilə 18:43-də) qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən il fevralın 6-da ocağı Kahramanmaraş şəhəri olan şiddətli zəlzələlər nəticəsində ağır zərər çəkmiş bölgələr arasında Malatya da olub. Son məlumata görə, təbii fəlakət nəticəsində Malatyada 1 393 nəfər ölüb, 10 minə yaxın insan yaralanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:12 / 03.03.2024
SON DƏQİQƏ: Malatyada zəlzələ oldu
Hazırda oxunan: SON DƏQİQƏ: Malatyada zəlzələ oldu
Hazırda oxunan: SON DƏQİQƏ: Malatyada zəlzələ oldu
180928
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.