ABŞ İraqdan ÜZR İSTƏDİ 

ABŞ İraqdan ÜZR İSTƏDİ 

Hazırda oxunan: ABŞ İraqdan ÜZR İSTƏDİ 

180779

ABŞ bu il fevralın əvvəlində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı təşkilatların hədəflərinin məhv edilməsi əməliyyatı ilə əlaqədar İraq ərazisinə endirdiyi zərbəyə görə rəsmi Bağdaddan üzr istəyib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn deyib.

Onun sözlərinə görə, Amerika tərəfi sözügedən hücumla bağlı rəsmi Bağdada xəbərdarlıq etməyib.

Qeyd edək ki, Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bir müddət əvvəl etiraf etmişdi ki, ABŞ rəsmiləri fevralın 3-də hava zərbələri endirmək planları barədə İraq hökumətini əvvəlcədən xəbərdar etməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO