Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Fransa Prezidenti Emanuel Makronun Avropa İttifaqının Ukraynaya qoşun göndərməklə bağlı çıxışına reaksiyası gündəm olub.
Bizim.Media xəbər verir ki, Antalyada keçirilən III Diplomatiya Forumunda jurnalistin “Makronun Ukraynaya Aİ tərəfindən qoşun göndərilməsinə münasibətiniz necədir?” sualına Lavrov sadəcə gülərək keçib.
Rusiya XİN başçısı Forumda çıxışı zamanı bildirib ki, Ukrayna ordusunda təkcə xarici muzdlular deyil, həm də karyera zabitləri, o cümlədən ingilislər və fransızlar var: “Qərb Ukraynada qeyri-rəsmi şəkildə çoxdan yerləşib”.
Bizim.Media