“Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər” - Zelenski 

“Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər” - Zelenski 

Hazırda oxunan: “Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər” - Zelenski 

18064

“Rusiya bizi qorxutmağa və təxribata çəkməyə çalışır. İşğal olunmuş ərazilərdən snayperlərlə atəş açılır”.

Bizim.Media-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın hərbi gəmiləri Qara dənizə daxil oldu


Zelenski deyib ki, Krımda, Donbasda və Ukrayna-Rusiya sərhədinin müxtəlif istiqamətlərində qoşunların artdığı müşahidə edilir.

“Rusiya bunu təlimlərlə əlaqələndirir. Ancaq hamımız başa düşürük ki, bu, hərbi və psixoloji təzyiqdir. Niyə psixoloji? Çünki onlar bizi vururlar və cavab verməyimizi gözləyirlər. Üstəlik, Ukraynanın şərqində hücuma keçməyimizi gözləyirlər. Ancaq biz onlara bu fürsəti verməyəcəyik”,- deyə Ukrayna Prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO