Qazaxıstan bu gecədən vahid saat qurşağına keçir

Qazaxıstan bu gecədən vahid saat qurşağına keçir

Hazırda oxunan: Qazaxıstan bu gecədən vahid saat qurşağına keçir

180546

Qazaxıstanda hökumətin qəbul etdiyi qərara əsasən, fevralın 29-dan martın 1-nə keçən gecə ölkənin qərb bölgəsi istisna olmaqla, digər ərazilərdə saatlar bir saat geri çəkiləcək. 

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, ölkə tamamilə qərb hissədə istifadə olunan saat qurşağına keçəcək. Bununla bağlı vətəndaşların mobil telefonlarına saat qurşağının dəyişdirilməsi ilə bağlı məlumatlar göndərilib.

Məlumata görə, keçidlə əlaqədar təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı isə “təcili xətt” yaradılıb. Banklar mobil tətbiqlərdə bəzi xidmətlərə girişdə məhdudiyyətlərin ola biləcəyini elan ediblər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO