Qalkin arvadını qazaxıstanlı repçiyə qısqandı:

Qalkin arvadını qazaxıstanlı repçiyə qısqandı: "Ümid edirəm ki, öpməyəcəksən”

Hazırda oxunan: Qalkin arvadını qazaxıstanlı repçiyə qısqandı: "Ümid edirəm ki, öpməyəcəksən”

18053

Alla Borisovna Puqqaçova müxtəlif janrlarda oxuyan Rusiyanın gənc ifaçılarının fəaliyyətini izləyir. O, repçi Skriptonitin işindən çox razı qalıb. Primadonna "Muzıkaliti" şousunda qazaxstanlı ifaçıya olan hisslərini etiraf edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “starhit.ru” saytı yayıb. Mənbə yazır ki, şounun “Youtube”da son buraxılışı Alla Borisovnanın ad gününə həsr edilib.

Xalq artisti gənc müğənni Zivert ilə birlikdə hit paradın ən yaxşı treklərinə qiymət verib.

Primadonnaya qulaq asmaq üçün təklif olunan ilk kompozisiya Skriptonitin ifasında "Təmiz" mahnısı olub. Puqaçova kompozisiyanı yüksək qiymətləndirib və ona ən yüksək 10 bal verib.

“Sadəcə ən sevdiyim akına (Akın - Orta Asiyanın türkdilli xalqları arasında, xüsusən qazax və qırğızlarda şairə, müğənniyə deyilir) çevrilir ... Düşüncələrini necə düzgün ifadə etdiyinə təəccüblənirəm ... Yalnız dürüstlüyə, saflığa dayanan, yalana nifrət edən insanlar belə yaza bilər. Niyə akın deyirəm, çünki o, doğru sözü yazır. Həm də milliyyətcə qazaxdır”, deyə primadonna vurğulayıb.

Proqramın sonunda Adil Jalelov (hazırkı adı Skriptonitdir) studiyada peyda olub və Puqaçovaya lüks çiçək buketi hədiyyə edib. 

Xalq artisti ondan bu hədiyyəni gülümsəyərək qəbul edib.

"Ümid edirəm ki, öpməyəcəksən?". Qalkin səsində qısqanclıq hissələri ilə soruşub. "Hələ tezdir", deyə arvadı cavab verib.

Proqramda Alla Borisovna Zivertin ifasında məşhur "Aysberq" mahnısından və Valeri Leontyevin ifasından məmnun qalıb. 

Puqaçova köhnə dostunun kompozisiyasını məmnuniyyətlə dinləyib və ona ən yüksək 10 bal verib.

"Daha çox roker mahnılarını sevirəm", deyə ulduz izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO