“Rusiya Avropaya hücum etməyi planlaşdırmır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
"Qərb Ukraynada, Yaxın Şərqdə və dünyanın digər regionlarında münaqişəyə səbəb olub və yalan danışmağa davam edir. İndi heç utanmadan bəyan edirlər ki, guya Rusiya Avropaya hücum etmək niyyətindədir. Onlar (Qərb ölkələri – red.) sadəcə cəfəngiyyat danışırlar. Eyni zamanda, özləri ərazimizə zərbə endirmək üçün hədəflər, ən təsirli məhvetmə vasitələrini seçirlər”, - deyə Putin bildirib.
Bizim.Media