ABŞ-dakı atışmada səkkiz nəfər ölüb – YENİLƏNİB

ABŞ-dakı atışmada səkkiz nəfər ölüb – YENİLƏNİB

Hazırda oxunan: ABŞ-dakı atışmada səkkiz nəfər ölüb – YENİLƏNİB

18043

ABŞ-ın İndianapolis şəhərində (ABŞ) FedEx lojistik ofisində baş verən atışma nəticəsində səkkiz nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı yerli polisin nümayəndəsi Gini Kuk yayıb.

Hadisə bir gün əvvəl, yerli vaxtla 23.00 radələrində FedEx qlobal şəbəkəsinin ikinci ən böyük mərkəzində olub. Kuk izah edib ki, öldürülənlərdən səkkizinin cəsədləri hadisə yerində və onun ətrafında ilkin baxış zamanı tapılıb. Hamısı güllə yarasından vəfat edib.

"Onların yerindəcə öldükləri təxmin edilib”, deyə Kuk qeyd edib.

Ayrıca polisə xəstəxanaya yerləşdirilən çox sayda yaralı barədə siqnallar gəlib. Bəziləri xəstəxanaya özləri çatıblar. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə zamanı hüquq-mühafizə orqanları xəsarət almayıb. İlkin məlumata görə, cinayətkar intihar edib.

***

ABŞ-da İndianapolisdəki FedEx logistika şirkətinin binasında atışma olub, çox sayda yaralının olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı WRTV kanalı polisə istinadən yayıb.

Siqnalın cümə axşamı yerli vaxtla saat 23:00-da (cümə günü saat 07:00) polis tərəfindən alındığı qeyd olunur.

Telekanalın məlumatına görə, FedEx binası İndianapolis Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Şirkətin qlobal şəbəkəsində bu, 4,5 min nəfərin çalışdığı ikinci böyük mərkəzdir.

Yaralıların dəqiq sayı barədə hələ məlumat yoxdur. Zərərçəkənlər yerli xəstəxanalara yerləşdirilib.

İlkin informasiyaya görə, atəş açan şəxs intihar edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO