Zaxarova: “Ermənistan rus sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması üçün müraciət etməyib” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Ermənistan rus sərhədçilərinin Zvartnots aeroportundan çıxarılması üçün müraciət etməyib” - VİDEO

180305

“Ermənistan rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılması bağlı müraciət etməyib”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib. 

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanından çıxarılmasının vacibliyinə dair səsləndirdiyi fikirləri şərh edən Zaxarova deyib ki, ölkəsi bunu rəsmi İrəvan təmsilçisinin növbəti qeyri-dost davranış nümunəsi kimi qiymətləndirir: 
“Düzdür, parlament sədrinin qaldırdığı mövzulara nə dərəcədə məsul olduğu tam aydın deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən bizə heç bir müraciət daxil olmayıb. Biz başa düşürük ki, aeroportla bağlı məsələ rusiyalı Dmitri Setrakovun ətrafında baş verən hadisələrdən qaynaqlanır. Sizi əmin edə bilərəm ki, Rusiyanın dövlət orqanları tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib". 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO