Dünyada 1 milyard insan türk seriallarını izləyir - FOTO/VİDEO

Hazırda oxunan: Dünyada 1 milyard insan türk seriallarını izləyir - FOTO/VİDEO

180289

Türkiyə istehsalı olan serialların tamaşaçı auditoriyası hazırda 1 milyard nəfərə çatır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsinin başçısı Fahrettin Altun TRT1 televiziya kanalının “Mehmet: Fəthlər sultanı” adlı yeni serialının təqdimatında bildirib.

Onun sözlərinə görə, təkcə üç il ərzində dünyada türk seriallarını almağa maraq 183 faiz artıb.

“Bu gün dünyada 1 milyard insan türk seriallarına baxır. Bu, real uğurun çox mühüm göstəricisidir”, - deyə Altun vurğulayıb.

Türkiyə Prezidenti Administrasiyası təmsilçisi diqqəti yerli kino sənayesinin gələcək inkişafının mühümlüyünə çəkərək deyib:

“Filmlərin və serialların istehsalı Türkiyənin tanınmasına böyük töhfə verir, ölkəmizin nüfuzunu möhkəmləndirir”.

 






Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO