Antalya Diplomatiya Forumunda neçə ölkə təmsil olunacaq? - RƏSMİ

Antalya Diplomatiya Forumunda neçə ölkə təmsil olunacaq? - RƏSMİ

Hazırda oxunan: Antalya Diplomatiya Forumunda neçə ölkə təmsil olunacaq? - RƏSMİ

180263

Türkiyənin Antalya kurort şəhərində martın 1-dən 3-dək regional, qlobal və tematik məsələlərin müzakirə ediləcəyi III Diplomatiya Forumuna hazırlıq işləri başa çatıb.

Bizim.Media forumun Təşkilat Komitəsinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçiriləcək bu mötəbər tədbirə 100-dən çox ölkədən 4 minə yaxın qonaq, o cümlədən 20 dövlət və hökumət başçısı dəvət olunub.

Türkiyə XİN-in nümayəndəsi Oncu Keçeli bildirib ki, “Böhran dövründə diplomatiyaya aksent” mövzusunda keçiriləcək forumda 60-dan çox ölkənin xarici işlər nazirləri, həmçinin 80-ə yaxın beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak edəcək.

Forum çərçivəsində 50 müxtəlif sessiya və panel iclaslarının təşkili nəzərdə tutulur. Bununla yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğanın bu tədbirin platformasında ayrı-ayrı ölkələrin liderləri və nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.
2023-cü ildə Türkiyədə dağıdıcı fevral zəlzələlərinin fəsadları üzündən Antalya Diplomatiya Forumu təxirə salınmışdı. Bir il əvvəl isə onun işində 17 dövlət başçısı, 80 xarici işlər naziri və 40-dan çox beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO