Ermənistan Putinin yox, Zelenskinin təhlükəsizliyinə təminat verir - Erməni ekspert

Hazırda oxunan: Ermənistan Putinin yox, Zelenskinin təhlükəsizliyinə təminat verir - Erməni ekspert

180240

“Ermənistanda üstünlük təşkil edən anti-Rusiya tezisi təkcə dağıdıcı deyil, həm də ölkə üçün böyük təhlükə yaradır. Çünki biz istəsək də, istəməsək də, Rusiya bugünkü reallıqda mühüm rol oynayır”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində beynəlxalq siyasi məsləhətləşmələr üzrə ekspert Ara Manuçaryan deyib.

“İndiki böhranlar arasında ən böyük böhran inamsızlıq böhranıdır və bu böyük problemdir, heç kim heç kimə inanmır. İndi Ermənistan hakimiyyəti Rusiyanı günahlandırır, sabah Fransanı günahlandıra bilər. Bundan sonra nə olacaq, kimi günahlandıracaqlar? Bilirsiniz, uğuru daim bir istiqamətdə hərəkət edən siyasi qüvvə əldə edir və Ermənistan hakimiyyətinin ziqzaq addımları həm daxildə, həm də xaricdə inam və hörməti gücləndirmir.

Zelenskinin səfərinə gəlincə, Zelenskinin Ermənistana gələcəyinə əmin deyiləm. Belə getsə, Ermənistan daha böyük təhlükə ilə üz-üzə qalacaq. Ermənistan hakimiyyəti Putinin təhlükəsizliyinə təminat vermir, lakin Zelenskinin təhlükəsizliyinə zəmanət verir.
Hakimiyyət isə Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı Vladimir Putinə zəmanət verməyə hazır olub-olmadığını belə dəqiqləşdirmir. Kremlin mətbuat katibi bir neçə dəfə Ermənistan hakimiyyətindən aydınlıq tələb edib”, - ekspert bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO