Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Kamışlıda keçirilən əməliyyat zamanı YPG/YPJ-nin terror təşkilatının üzvlərindən olan Emine Seyid Ahmedi zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, “Azadi Derik” kod adlı, suriyaəsilli Emine Seyid Ahmed 2011-ci ildə terror təşkilatına qoşulub. Onun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilib.
Terror təşkilatının raketlərlə təminatı və istifadəsinə məsul olan Emine “Zeytin dalı” əməliyyat bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları ilə bağlı təlimatlar verib.
Onun, həmçinin, Kilisdə mülki əhalini hədəf alan raket hücumlarına dair təlimatlar verdiyi məlum olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:28 / 27.02.2024
Türkiyə qadın terrorçunu MƏHV ETDİ - FOTO
Hazırda oxunan: Türkiyə qadın terrorçunu MƏHV ETDİ - FOTO
Hazırda oxunan: Türkiyə qadın terrorçunu MƏHV ETDİ - FOTO
180112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.