Macarıstanda yeni prezident seçilib

Macarıstanda yeni prezident seçilib

Hazırda oxunan: Macarıstanda yeni prezident seçilib

180002

Macarıstan parlamentində ölkənin yeni prezidenti seçilib.

Bizim.Media xəbər verir ki, parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujoku dövlət başçısı postuna layiq görüblər.

Qeyd edək ki, Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir. Macarıstan parlamentli respublikadır, əsas hakimiyyət baş nazir və hökumətin əlində cəmləşib.
Xatırladaq ki, Macarıstanın sabiq prezidenti Katalin Novak fevralın 10-da istefa verdiyini elan edib.

O, bu qərarını uşaqlara qarşı cinsi zorakılıq ittihamı ilə məhkum olunmuş kişini əfv etməsinin ölkədə ictimai qınağa səbəb olması ilə izah edib.

Bu gün isə ölkə parlamenti Novakın istefası ilə bağlı bəyanatını təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO