Ərdoğandan Putinin təxirə salınmış Türkiyə səfərinə dair AÇIQLAMA

Ərdoğandan Putinin təxirə salınmış Türkiyə səfərinə dair AÇIQLAMA

Hazırda oxunan: Ərdoğandan Putinin təxirə salınmış Türkiyə səfərinə dair AÇIQLAMA

179999

“Rusiya Prezidenti Vladimir Putin mənə Türkiyəyə səfərini çox gecikdirməyəcəyini bildirib”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Putin həmçinin mənə Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO