Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin Rusiyanın Şimal Hərbi Dairəsində qalib gəlməsi üçün səy göstərdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bunu Trüdo Varşavada Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransı zamanı deyib.
Nazir səhvən ölkəsinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatda qələbəsini təmin etmək üçün əlindən gələni etdiyini deyib.
Jurnalistin Ukraynaya yardımın gecikdirilməsinin nəticələri ilə bağlı sualına cavab olaraq Trüdo deyib ki, Kanada “mümkün olan hər şeyi edir, çünki biz bilirik ki, Ukraynadakı münaqişədə Rusiyanın qalib gəlməsi lazımdır”. Bundan sonra o, dərhal səhvinin fərqinə varıb və Ukrayna tərəfinin qələbəsini nəzərdə tutduğunu dəqiqləşdirib.
Kanada baş nazirinin mətbuat xidməti bildirib ki, ölkə hakimiyyəti 2024-cü ildə Kiyev rejiminə 3,02 milyard Kanada dolları (2,2 milyard ABŞ dolları) məbləğində əlavə maliyyə və hərbi yardım paketi göndərəcək.
- A-
- A
- A+
Dünya
18:24 / 26.02.2024
Trüdo Ukraynaya hərbi yardımın tədarükü barədə danışarkən ÇAŞDI: “Rusiya qalib gəlməlidir” - VİDEO
Hazırda oxunan: Trüdo Ukraynaya hərbi yardımın tədarükü barədə danışarkən ÇAŞDI: “Rusiya qalib gəlməlidir” - VİDEO
Hazırda oxunan: Trüdo Ukraynaya hərbi yardımın tədarükü barədə danışarkən ÇAŞDI: “Rusiya qalib gəlməlidir” - VİDEO
179980
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.