Tramp Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərdə qalib gəldi

Tramp Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərdə qalib gəldi

Hazırda oxunan: Tramp Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərdə qalib gəldi

179754

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bülletenlərin 90 faizi hesablandıqdan sonra Cənubi Karolinada Respublikaçıların praymerizində (ilkin seçkilər) qalib gələrək 60 faiz səs toplayıb.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli hazırda 39,3 faiz səs toplayıb.

Tramp artıq Cənubi Karolinada qələbəsini elan edib.

Heyli məğlubiyyətini etiraf edib. O, tərəfdarları qarşısında Trampı qələbəsi münasibətilə təbrik edib və 2011-2017-ci illərdə qubernator vəzifəsində çalışdığı ştatda məğlub olmasına baxmayaraq, yarışda qalacağına söz verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO