Dünyanın sonu yaxınlaşır - Alimlərin iddiası

Dünyanın sonu yaxınlaşır - Alimlərin iddiası

Hazırda oxunan: Dünyanın sonu yaxınlaşır - Alimlərin iddiası

1797

Bəzi elm adamları 2021-ci ilin dünyanın sonu olacağını iddia edirlər.

Bizim.Media Yandex. ZEN-ə istinadən xəbər verir ki, elm adamları Yer qütblərinin hərəkət sürətində dəyişikliklər aşkarlayıblar.

Belə ki, planetin şimal nöqtəsindəki firlanma sürəti cənubdakından bir neçə dəfə çoxdur. Həmçinin alimlər yer oxunun əhəmiyyətli dərəcədə yerdəyişdirdiyini qeyd edirlər.

Fizika qanunlarına görə qütblərin hərəkət tarazlığı pozulduqda və yerin oxu oynadıqda, planetin maqnit sahəsi zəifləyir. Bu da baş verəcək mənfi hadisələrə işarə kimi göstərilir.

Çünki dünyanı əhatə edən maqnit sahəsi onu kosmik radiasiyadan, astronomik hissəciklərdən və kiçik asteroidlərdən qoruyur. Atmosfer təbəqələrinə düşən göy cisimləri yerə çatmadan məhv edir və beləliklə canlılara zərər vermir.

Bəs görəsən bu dəyişikliklər daha əvvəl baş veribmi?

Ciddi narahatlıqlarını dilə gətirən alimlər buna baxmayaraq oxşar hadisələrin əvvəllər də baş verdiyini inkar etmirlər. Hətta qütb hərəkətinin sürətindəki dəyişiklik və yerin maqnit sahəsinin zəifləməsi dinozavrların yox olmasının başlıca səbəbi kimi düşünülür. 

Dünyanın sonuna gəlincə, görünən odur ki, insanlar bədbin proqnozlara artıq öyrəşiblər, hətta bu fərziyyələrə daha sakit və anlayışla yanaşmağa başlayıblar.

Deyilənlərlə görə bu fikirlərin tez-tez irəli sürülməsi, insanlara dünyanın fani olduğunu xatırlatmaq, dəyərli zamanlarını səmərəli və xeyirxah məsələlərə yönəltmək istəyidir.

Səkinə Yusibli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO