Fransalı fermerlərin Makrona sürprizi: Parisin bütün mərkəzi yolları bağlandı - VİDEO

Hazırda oxunan: Fransalı fermerlərin Makrona sürprizi: Parisin bütün mərkəzi yolları bağlandı - VİDEO

179676

Fransanın paytaxtı Parisdə fermerlərin növbəti etiraz aksiyası davam edir. Traktorları ilə küçələrə axışan fransalı fermerlər sərgi açılışına qatılmağı planlaşdıran Prezident Emmanuel Makrona qarşı çətin qarşılama mərasimi hazırladıqlarını bəyan ediblər.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, onlarla traktor yüksək siqnal səsləri ilə Paris küçələrində hərəkət edir. Traktorların önünə “Makron, sən fırtına toxumu səpirsən, biçdiklərinə diqqət et” kimi şüarlar yapışdırılıb.

Fermerlər əsasən gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər.
“Bəzi fermerlər Makronun sərgiyə daxil olmasının qarşısını almağa çalışacaqlar. Əgər daxil ola bilərsə, onun hərəkətinə məhdudiyyət yaradacaqlar”, - deyə Fransanın ən böyük fermer təşkilatlarından olan FNSEA-nın nümayəndəsi Jan Lefevr “Reuters”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki minə yaxın fermer traktorlarla birlikdə E.Makronu sərgidə gözləyəcək.

Paris fermerlər sərgisi bu gün başlayır. 9 günlük tədbirə 600 min ziyarətçinin qatılması gözlənilir.

Fransalı fermerlər bu ayın əvvəlində də etiraz aksiyası keçirərək magistral yolları bağlayıb və ictimai binaların qarşısını çirkləndiriblər. Baş nazir Qabriel Attalın 400 milyon avro dəyərində yeni tədbirlər vəd etməsindən sonra aksiyalar dayandırılıb. Lakin etirazlar hökumətin daha çox kömək etməsi və verdiyi sözləri yerinə yetirməsi üçün yenidən başlayıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO