Almaniyada tibbi sirr adı ilə məşhur olan çətənə bitkisi (cannabis) leqallaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Parlamentin qərarına əsasən, qanuni olaraq vətəndaşlara 50 qrama qədər çətənə saxlamaq və 25 qramdan çox olmayacaq miqdarda isə daşımaq hüququ verilib.
Qərara görə, şəxsi istehlak üçün isə üç koldan artıq bitki yetişdirilə bilməz.
Həmçinin ölkədə aprelin 1-dən etibarən ictimai yerlərdə marixuananın çəkilməsi qanuniləşdiriləcək.
Marixuananın xüsusi qeyri-kommersiya təşkilatlarında - 500-dən çox üzvü olmayan "kannabis klublarında" satışı planlaşdırılır. Belə ki, həmin klub üzvləri bitkini özləri yetişdirəcək və təşkilat daxilində satışa çıxaracaqlar.
Qeyd edilib ki, bu cür klublar uşaq bağçalarından və məktəblərdən uzaqda yerləşdirilməlidir. Belə ki, təhsil müəssisələrinin yaxınlığında marixuana çəkmək qadağan edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:01 / 23.02.2024
Almaniyada çətənə qanuniləşdirilib
Hazırda oxunan: Almaniyada çətənə qanuniləşdirilib
Hazırda oxunan: Almaniyada çətənə qanuniləşdirilib
179604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.