Ukrayna tərəfi sözünü tutub danışıqlar üçün Polşa sərhədinə gəldi, lakin qarşı tərəf…

Ukrayna tərəfi sözünü tutub danışıqlar üçün Polşa sərhədinə gəldi, lakin qarşı tərəf…

Hazırda oxunan: Ukrayna tərəfi sözünü tutub danışıqlar üçün Polşa sərhədinə gəldi, lakin qarşı tərəf…

179596

"Ukrayna ilə sərhəddə Polşa rəsmiləri ilə görüş bu gün baş tutmadı".

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

O bildirib ki, Ukrayna nümayəndə heyəti bu gün Polşa ilə sərhədə gedib, danışıqlar üçün qarşı tərəfin rəsmilərini gözləsələr də, Polşa tərəfi danışıqlara gəlməyib.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, baş nazirin başçılıq etdiyi nümayəndə heyətinin bu gün sərhəddə olacağını açıqlayıb. O bildirib ki, qarşı tərəfin gəlib-gəlməyəcəyi onların şəxsi qərarıdır.
Qeyd edək ki,  ötən gün Zelenski fermerlərin genişmiqyaslı etirazları fonunda Ukrayna tərəfinin sərhəd buraxılış məntəqəsinin blokadası ilə bağlı polşa əhalisinə müraciət edib.

O, Polşanın Baş naziri Donald Tusku ölkələr arasında sərhəddə danışıqlara dəvət edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO