Türkiyənin təhlükəsizlik qüvvələri təkcə son həftə ərzində regionda müxtəlif terror təşkilatlarının 60 döyüşçüsünü zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyində bildiriblər.
Nazirliyin mətbuat katibi Zeki Aktürk qeyd edib ki, İraqın şimalı və Suriya da daxil olmaqla, Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları tam qətiyyətlə həyata keçirilir.
O bildirib ki, bütövlükdə cari il yanvarın 1-dən bəri regionda 458 terrorçu, o cümlədən İraqın şimalında 184, Suriya ərazilərində 274 terrorçu zərərsizləşdirilib.
Türkiyə Müdafiə Nazirliyinin nümayəndəsi terrorçu qrupun İraqın şimalında türk hərbçilərinin yerləşdiyi əraziyə daxil olmağa cəhd göstərdiyi 17 fevral hadisələrinə diqqət çəkib. “Həmin gün vuruşmada 11 silahlı məhv edilib”, - deyən Aktürk terror strukturları ilə qətiyyətli mübarizə aparıldığını xatırladıb.
Müdafiə Nazirliyinin mətbuat katibi onu da bildirib ki, ilin əvvəlindən bəri Türkiyənin dövlət sərhədlərini pozan 1347 nəfər həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:58 / 22.02.2024
Türkiyə son həftə ərzində 60 terrorçunu MƏHV EDİB
Hazırda oxunan: Türkiyə son həftə ərzində 60 terrorçunu MƏHV EDİB
Hazırda oxunan: Türkiyə son həftə ərzində 60 terrorçunu MƏHV EDİB
179409
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.