Ukrayna ordusu iki aydan sonra mərmisiz qalacaq?

Hazırda oxunan: Ukrayna ordusu iki aydan sonra mərmisiz qalacaq?

179345

Ukrayna Silahlı Qüvvələri ABŞ-ın yardımının gecikməsi səbəbindən artilleriya mərmilərindən qənaətlə istifadə etməyə başlayıb. Belə gedərsə, mərmilər iki aya tamamilə tükənə bilər.

Bizim.Media xəbər verir ki, Ukrayna ordusunun ehtiyatda olan mayoru Aleksey Getman bu barədə “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

"Biz mərmilərdən çox qənaətlə istifadə etməyə çalışırıq, çünki iki aydan sonra onlar tükənə bilər”, - deyə Aleksey Getman bildirib. O, həmçinin ABŞ Konqresində Kiyev üçün vəsaitin ayrılması məsələsi həll olunana qədər Avropa İttifaqının yardımı artıracağına ümidini ifadə edib.
Bir müddət öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Silahlı Qüvvələrin daim mərmi çatışmazlığından əziyyət çəkdiyini və Avropanın silah istehsalında Rusiya ilə rəqabət apara bilmədiyini söyləyib. Belə ki, Brüssel 2023-cü ildə Ukraynaya bir milyon mərmi və raket tədarükü barədə vədini yerinə yetirməyib.

Qeyd edək ki, ABŞ administrasiyası təxminən dörd ay əvvəl 2024-cü maliyyə ilində İsrail, Ukrayna və Tayvana yardım üzrə əlavə büdcə ayırmaları üçün Konqresə sorğu göndərib.

Fevralın 13-də Senat bir qrup respublikaçının dəstəyi ilə həmin ölkələrə 95 milyard dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib. Lakin bu layihədə cənub sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı müddəalar yoxdur. Aşağı palatanın spikeri Mayk Conson senatorların hazırladığı qanun layihəsini “əvvəlcədən keçilməz” adlandırıb. Fevralın 16-da qanun layihəsinə səs vermədən tətilə çıxan konqresmenlər işlərini fevralın 28-də davam edəcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO