"Xüsusi hərbi əməliyyatın başa çatması üçün Rusiya qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirməlidir. Bu baş verəndə rus qoşunlarının harada dayanacağı bəlli olacaq".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalistlərə müsahibəsi zamanı verib.
"Harada dayanmalı? Bilmirəm. Düşünürəm ki, dediklərimi nəzərə alsaq, hələ çox və ciddi işləməliyik. Kiyev olacaq? Bəli, yəqin ki, Kiyev ola bilər. Rusiya qoşunları niyə Kiyevdə dayanmalıdır? İlk növbədə Kiyev tarixən Rusiya şəhəridir, ancaq bu gün Rusiya Federasiyasının düşmənləri tərəfindən idarə olunur. Bu isə Rusiyanın mövcudluğu üçün təhlükə yaradır", deyə Medvedev bildirib.
Eyni zamanda, Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, xüsusi hərbi əməliyyatın əsas məqsədlərindən əlavə, Rusiya öz ərazilərini qorumaq üçün bufer zonası yaratmalıdır:
"Məqsəd Qərbin və Ukrayna neonasistlərinin hücum cəhdlərinin qarşısını almaqdır".
Bizim.Media