Hər azərbaycanlı  il ərzində orta hesabla  bu qədər ət yeyir-   Beynəlxalq Statistika

Hər azərbaycanlı il ərzində orta hesabla bu qədər ət yeyir- Beynəlxalq Statistika

Hazırda oxunan: Hər azərbaycanlı il ərzində orta hesabla bu qədər ət yeyir- Beynəlxalq Statistika

179218


BMT-nin qida və ərzaq problemlərinə nəzarət edən aidiyyatı komissiyası dünya üzrə əhalisi ən çox və ən az ət yeyən ölkələri müəyyənləşdirib. İngiltərənin məşhur “The Telegraph”x9d qəzetində yayılan məlumata görə statistika aparan zaman bir il ərzində qəbul edilən ətin miqdarı müəyyən edilib. Alınan rəqəm isə ölkə əhalisinin sayına bölünüb.xa0

Beləliklə, Moderator.az əhalisi ən az və ən çox ət yeyən ölkələri təqdim edir:

Ətdən ən az istifadə edən ölkələr Banqladeş, Hindistan və Şri-Lankadır. Burada kasıblıqdan da çox ölkələrnin dini inancları, müxtəlif rituallara uyaraq, ətdən imtinası əsas fakt xa0kimi göstərilir. Adı çəkilən ölkələrdə hər sakin il ərzində maksimum 5 kq ət yeyir.xa0

Siyahının aşağı pillələrindəki növbəti ölkələr isə kasıb Afrika dövlətləridir. Mozambik, Qambiya, Efiopiyada əhalinin il ərzində niyə az ət yemələrinin səbəbi artıq hamıya məlumdur.xa0
Dünyada vətəndaşı ən çox ət yeyən ölkə isə ABŞ-dır. Hər amerikalı il ərzində 120,2 kq. ət yeyir. Iinci yerdə isə kiçik ərəb dövləti olan Küveyt durur. Bu ərəb ölkəsində yağlı ət yeməklərini çox sevirlər. Odur ki, hər küveytli il ərzində 119 kq ət yeyir.xa0

Ən çox qohun və xırdabuynuzlu heyvanların saxlanıldığı Avstraliyada isə bu göstərici 116 kq-dır.xa0
Azərbaycan isə siyahının orta pillələrində qərarlaşıb. Əslində, ölkə əhalisi o qədər də ət yemir. Bu göstərici hər adambaşına 32 kq-dır.

Hazırladı: Elmin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO