Almaniyanı tərk edən ukraynalı qaçqınların sayı AÇIQLANDI

Almaniyanı tərk edən ukraynalı qaçqınların sayı AÇIQLANDI

Hazırda oxunan: Almaniyanı tərk edən ukraynalı qaçqınların sayı AÇIQLANDI

179193

Almaniyadakı ukraynalı qaçqınların sayı 300 min nəfərdən çox azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qərb mediası ölkədəki əcnəbilərin mərkəzi reyestrinə istinadla məlumat yayıb.

Hazırda Almaniyada 1,13 milyon ukraynalı qaçqının olduğu bildirilir. Eyni zamanda, qeyd edilir ki, 2022-ci ilin fevralından 2024-cü il yanvarın ortalarına qədər Almaniyaya gələn qaçqınların 307 min nəfəri ölkəni tərk etdiyi, yaxud həyatını itirdiyi üçün reyestrdə yer almayıb.
Almaniyada 2022-ci ildən bəri əmək qabiliyyətli ukraynalıların yalnız 21 faizi iş tapa bilib. Federal Məşğulluq Agentliyinin məlumatına görə, yanvarda 206 minə yaxın ukraynalı işsiz kimi qeydiyyata alınıb. Bu, dekabr ayı ilə müqayisədə 4,5 faiz çoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO