Ərdoğandan İtaliyanın Baş nazirinə cavab: “Tərbiyəsizdir” - VİDEO

Ərdoğandan İtaliyanın Baş nazirinə cavab: “Tərbiyəsizdir” - VİDEO

Hazırda oxunan: Ərdoğandan İtaliyanın Baş nazirinə cavab: “Tərbiyəsizdir” - VİDEO

17911

“İtaliya Baş Nazirinin söylədiyi ifadə  əsl  mədəniyyətsizlikdir, həm də tərbizyyəsizlikdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtalya Baş naziri Mario Draginin ona ünvanladığı sözə cavab olaraq deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İtaliyanın Baş nazirindən Ərdoğana qarşı HÖRMƏTSİZLİK – ÜZR İSTƏMƏLİDİR


Ərdoğan bildirib ki, Türkiyə-İtaliya əlaqələrinin normallaşmasını umduğumuz bir vaxtda Dragi  bu fikirləri səsləndirməklə münasibətləri baltalamış oldu:

“Onsuz da sən təyinatla vəzifəyə gələn birisən, seçki ilə deyil. Ərdoğan haqqında belə bir ifadəni işlətmək üçün hər şeydən əvvəl sənin öz tarixindən xəbərinin olması lazımdır. Amma gördük ki, sən xəbərsizsən. Biz millətimizdən aldığımız güclə onlara xidmət üçün yolumuza davam edəcəyik. Ona görə də İtaliya Baş Nazirinin bu sözləri deyib-deməməsini heç vecinizə almayın. Biz öz işlərimizlə məşğul olaq”.

Xatırladaq ki, bi neçə gün öncə İtaliyanın Baş Naziri Türkiyə Prezidentini “diktator” adlandırmışdı.

“Belə “diktaror”la ölkəmizin maraqları naminə əməkdaşlıq etmək üçün səmimi olmalıyıq. Düzgün balansı tapmalıyıq”,- deyə  Dragi söyləmişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO