5 uşağın öldüyü yanğının VİDEOSU yayıldı

5 uşağın öldüyü yanğının VİDEOSU yayıldı

Hazırda oxunan: 5 uşağın öldüyü yanğının VİDEOSU yayıldı

17909

Rusiya Fövqəladə Hallar Nazirliyi Sverdlovsk vilayətinin Bizovo kəndində baş verən yanğın yerindən video yayımlayıb. Hadisə zamanı 5 uşaq dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, kadrlarda alovlanan ev, eləcə də fövqəladə hallar xidmətinin fəaliyyəti əks olunur.

Həyət evi yerli vaxtla saat 01:45-də alovlanıb. Xilasedicilər gələndə evi yanğın tamamilə bürüyüb, nəticədə dam çöküb. 

İki böyük şəxs və iki uşaq çölə çıxa biliblər, indi onlar xəstəxanadadırlar. Daha beş uşağın taleyi naməlum qalıb.

Yanğın saat 02:20-də yüz kvadratmetr ərazidə lokallaşdırılıb. Dağıntılar sökülərkən beş cəsəd tapılıb. İnsidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyi bəyan edib ki, taxta ev 1957-ci ildə tikilib. Yanğının elektrik naqillərinin zədələnməsi ucbatından baş verdiyi deyilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO