Lukaşenkodan 3-cü Dünya Müharibəsi ilə bağlı proqnoz - VİDEO

Hazırda oxunan: Lukaşenkodan 3-cü Dünya Müharibəsi ilə bağlı proqnoz - VİDEO

179067

“Üçüncü Dünya Müharibəsi ilə bağlı proqnozlar narahatlıq doğurur. Bu qorxular müəyyən qədər yersiz görünsə də, əsaslıdır”.

Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O, NATO-nun Rusiya və Belarus yaxınlığında minlərlə əsgər yerləşdirdiyini bildirib:

“Biz faktiki olaraq köhnə, ənənəvi hədə-qorxu üsullarından istifadə edilən böyük, uzunmüddətli hərbi-siyasi böhranın episentrindəyik. Hərbi güc yenidən dünyada vacib qərarların qəbul edildiyi mərkəzlərin əsas arqumentinə çevrilib. Sanki Birinci və İkinci Dünya müharibələri baş verməmiş, milyonlarla insan ölməmiş kimi bir ab-hava var. Hazırda NATO-nun on minlərlə əsgəri, yüzlərlə zirehli texnikası, təyyarə və helikopteri Rusiya və Belarus sərhədi yaxınlığında yerləşdirilib. Təxminən 32 min NATO və ABŞ əsgəri, mindən çox zirehli texnika, 160-a yaxın artilleriya sistemi, 235 təyyarə və helikopterdən söhbət gedir”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO