Azərbaycanın axtarışa verdiyi erməni oliqarxın Fransadakı villası əlindən alındı - FOTO

Hazırda oxunan: Azərbaycanın axtarışa verdiyi erməni oliqarxın Fransadakı villası əlindən alındı - FOTO

179026

Fransada məhkəmə rəsmi olaraq erməni əsilli rusiyalı iş adamı, "Taşir qrup"un rəhbəri Samvel Karapetyana məxsus villanın mülkiyyət hüququnu dondurub.

Bizim.Media xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.

Dəyəri 120 milyon avro olan dəbdəbəli iqamətgah Fransanın cənub-şərqində, Rokbrün-Kap-Marten kommunasında yerləşir.

Qərb tərəfindən anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra bu, Fransa üçün Rusiya kapitalı ilə bağlı əmlakın ən böyük müsadirəsidir.

Xatırladaq ki, 2021-ci il iyunun 18-də Azərbaycanın Baş Prokurorluğu Karapetyanı Qarabağda döyüşlər zamanı silah, sursat və hərbi texnikanın qaçaqmalçılığını təşkil etmək ittihamı ilə beynəlxalq axtarışa verib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO