"Dünyanın ən uzun kişisi" (2 metr 51 santimetr) türkiyəli Sultan Kösen "dünyanın ən qısa qadını" (62,8 santimetr) hindistanlı Jyoti Amge ilə görüşüb.
Bizim.Media “Anadolu” agentliyinə istinadla xəbər verir ki, S.Kösen və J.Amge İstanbulda otellərdən birində keçirilən görüşdə birlikdə səhər yeməyi yeyiblər.
Əyləncəli vaxt keçirən cütlük səhər yeməyindən sonra xatirə şəkili çəkdiriblər. Onların görüşünü amerikalı prodüser lentə alıb.
Qeyd edək ki, cütlük sonuncu dəfə Misir Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə 2018-ci ildə Qahirədə görüşmüşdülər.
Bizim.Media