Türkiyənin altı vilayətində eyni vaxtda "Qəfəs-43" əməliyyatı həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazirin sözlərinə görə, əməliyyat nəticəsində axtarışda olan 23 şübhəli yaxalanıb.
Saxlanılan şübhəlilər 12 ölkə tərəfindən İnterpol vasitəsilə qırmız və yaşıl bülletenlər, eləcə də “təcili saxlanılma” qeydi ilə axtarışda olub.
Həmin şəxslər qətl, terror cinayətləri, dələduzluq, etibardan sui-istifadə kimi cinayətlərdə şübhəli bilinirlər.
Bizim.Media