Bolqarıstanın baş naziri istefa verəcək

Bolqarıstanın baş naziri istefa verəcək

Hazırda oxunan: Bolqarıstanın baş naziri istefa verəcək

178788

Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa verəcəyini təsdiqləyib.

Bizim.Media  TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.

“Martın 6-da mən istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Əgər onun işinə mane olmasalar, dram olmayacaq”, - hökumət başçısı bildirib.
Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO