Bayden: “Konqres təcili Ukraynaya əlavə yardım layihəsini qəbul etməlidir”

Bayden: “Konqres təcili Ukraynaya əlavə yardım layihəsini qəbul etməlidir”

Hazırda oxunan: Bayden: “Konqres təcili Ukraynaya əlavə yardım layihəsini qəbul etməlidir”

178702

ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev-dən bildirilib.

Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı barədə məlumat yayan Ağ Evin açıqlamasında deyilir: “Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub”.

Bayden jurnalislərə açıqlamasında bildirib ki, onun administrasiyası Konqresə Kiyev üçün əlavə maliyyə ayrılmasını təsdiqləməyə nail ola biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO